Ev Verlişlər İntim bölgəsinə ilan tatusu olan Britaniya kraliçası – FOTO

İntim bölgəsinə ilan tatusu olan Britaniya kraliçası – FOTO

167
0
PAY

Çarlz Darvin 1871-ci ildə “İnsanın mənşəyi və cins seçimi” kitabında yazırdı. “Şimaldan cənuba, qütb bölgəsindən tutmuş Yeni Zellandiyaya kimi bir ölkə tapmaq olmaz ki, oranın yerli sakinləri öz bədənlərinə tatu ilə bəzəməsinlər”

Bu sitatdan sonra “Tatu dəbə daxil olub” cümləsini işlətmək gülməlidir. Dövlətlərə, sivilizasiyalara, dinə qədər mövcud olan bir şey necə indi dəbə minə bilər? Alimlər Alpda aşkar etdikləri yaşı altı min il olan Etsinin mumiyasında tatu tapıblar. Tatu insan mədəniyyətinin bir hissəsidir.

 

Kulis.az bədənində tatu olan məşhurları təqdim edir.

 

İosif Stalin. 1924-cü ildən 1953-cü ilədək Sovet İttifaqının rəhbəri.Sinəsində kəllə tatusu var idi.Uinston Çörçill. 1940-1945 və 1951-1955-ci illərdə Böyük Britaniyanın baş naziri. Sol qolunun üstünə lövbər döydürübmüş.Tomass Edisson. XIX əsrin ən məşhur ixtiraçısı. İlk mexaniki tatu-maşınının yaradıcısı hesab olunur. Özü özünə “beş nöqtə” tatusu döyübmüş.Doroti ParkerXIX əsr Amertika yazıçısı və şairəsi. Şəhər həyatına qarşı güclü yumor hissi ilə məşhurdur. 1930-cu ildə çox içkili halda sağ dirsəyinə kiçik ulduz döydürür.Yelizaveta Bavarskaya. XIX əsrin ikinci yarısında Avstriya və Macarıstanın kraliçası. 1888-ci ildə Yunanıstana səfərinə ithaf olaraq sol çiyninə lövbər döydürüb.Endryu Cekson. ABŞ-ın yeddinci prezidenti. Sağ baldırının içəri hissəsində balta şəkli döydürüb.II Nikolay. Romanovlar sülaləsindən sonuncu çar. 1917-ci ildə hakimiyyətinə son qoyulub. Yaponiyaya diplomatik səfərindən özü ilə sağ əlinə döydürdüyü əjdaha rəsmini gətirir.Teodor Ruzvelt. ABŞ-ın 26-cı prezidenti. Sinəsində ailə gerbinin böyük tatusunu gəzdirirmiş.
Corc Oruell. XX əsrin ortalarında yaşamış ingilis yazıçı və publisisti. Siyasi leksikona “Soyuq müharibə” terminini o, gətirib. Birmada barmaq sümüklərinə imperializmin hakim sinfinə qarşı mübarizəni rəmziləşdirən mavi dairələr döydürüb.Kraliça Viktoriya. 1837-ci ildən 1901-cu ilədək İrlandiya və Böyük Britaniyanın kraliçası. İntim bölgəsində pələng və ilan rəsmli tatu olması haqda şaiyələr gəzirmiş.