Ev İdman Fərid Qayıbov zədəli Böyük Britaniya gimnastını ziyarət edib

Fərid Qayıbov zədəli Böyük Britaniya gimnastını ziyarət edib

145
0
PAY

Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbov və baş direktoru Liza Vortman Bakı xəstəxanalarının birində britaniyalı gimnast, gənclər arasında Avropa və dünya çempionu İzabell Sonqhersti ziyarət edib.

ARANTV.AZ xəbər verir ki, trend bu barədə UEG-in saytına istinadən məlumat verir.

Qeyd olunur ki, İ.Sonqherst bir neçə gün əvvəl məşq zamanı zədə alıb. Xəstəxanaya yerləşdirilən gimnast topuq burxulması ilə bağlı əməliyyat olunub.

F.Qayıbov bildirib ki, onlar gimnastı ruhlandırmaq üçün ziyarət edib:

Mən İzabellin özünü necə hiss etdiyi barədə şəxsən əmin olmaq istəyirdim. Mən ona bildirdim ki, UEG və yerli təşkilat komitəsi onu dəstəkləmək üçün hər şeyi edəcəyini dedim”.

İ.Sonqherst öz növbəsində tezliklə sağalacağına və noyabr ayında keçiriləcək dünya çempionatına hazırlıqlara başlaya biləcəyini ümid etdiyini bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here