Ev İdman Yığmamız 120 ölkə arasında 5-ci oldu

Yığmamız 120 ölkə arasında 5-ci oldu

146
0
PAY

Tunisin Hammamet şəhərində gənc taekvondoçular arasında keçirilən dünya birinciliyi başa çatıb.

ARANTV.AZ apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığması 120 ölkədən 962 idmançının qatıldığı mundialı 5-ci sırada tamamlayıb.

Buna 1 qızıl və 1 gümüş medala sahib olan oğlanlardan ibarət komandamız nail olub. Belə ki, həmyerlilərimizdən Cavad Ağayev (63 kq) çempion tituluna yiyələndiyi halda, Xanoğlan Kərimov (51 kq) yalnız finalda məğlubiyyətə üzülüb.

Qeyd edək ki, dünya birinciliyindən öncə Minayə Əkbərova (44 kq) Argentinada təşkil ediləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına lisenziyaya da sahib olmuşdu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here