Ev İdman “Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıqlar yekunlaşır

“Formula-1” Azərbaycan Qran-Prisinə hazırlıqlar yekunlaşır

128
0
PAY

“Formula-1” Azərbaycan Qran-Prisinə az bir müddət qalıb. Hazırlıq işləri isə yekunlaşmaq üzrədir. Aprelin 23-dən komandalar Bakıya gələcəklər.

ARANTV.AZ xəbər verir ki, Ağlasığmaz sürət, coşqu, yüksək adrenalin…Bütün bunları yaşamaq istəyənlər Formula 1 Qran Prilərinin azarkeşləridir. Vaxtilə bu möhtəşəm yarış ancaq Avropa ölkələrində keçirilsə də, hazırda dünyanın dörd bir tərəfində təşkil edilir. Ayın 27-də isə Bakı yüksək statusa malik avtomobillərin yarşına növbəti dəfə ev sahibliyi edəcək. “Formula-1” Azərbaycan Qran-Prisinə hazırlığa aprelin 23-də yekun vurulacaq.

Satışa çıxarılan biletlərin böyük əksəriyyəti satılıb. Biletlərin satış prosesi hələ də davam edir. Bundan başqa Qran Prinin təşkilati işləri də yekunlaşmaq üzrədir. Ötən il olduğu kimi, bu ildə yarışlara ümumilikdə 3 min könüllünün qoşulması nəzərdə tutulub. Aprelin 23-dən komandalar Bakıya gələcəklər. Yeri gəlmişkən pilotların, eyni zamanda azarkeşlərin təhlükəsizlyinin təmin edilməsi istiqamətində də zəruri işlər görülüb. Əyləncə zonası hesab edilən Bulvar ərzisində isə Azərbaycan mədəniyyətini təbliğ edən çadırlar qurulur.

Səbirsizliklə gözlənilən yarışın əyləncə proqramı da olduqca zəngindir. Belə ki, gərgin mübarizədən sonra hər axşam baş tutacaq konsertə ən popıulyar dünya ulduzları öz damğasını vuracaq. Özü də keçən ildən fərqli olaraq bu il surətsevərlər sənətçiləri möhtəşəm “Kristal Zal”da izləyəcəklər.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here