Ev Gündəm BVF Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu AÇIQLADI

BVF Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunu AÇIQLADI

129
0
PAY

Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci il üçün Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozu 1,3 faizdən 2 faizədək yüksəldib.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə “World Economic Outlook” hesabatında deyilir.

Qeyd olunur ki, proqnozun təkrar nəzərdən keçirilməsinin səbəbi iqtisadiyyata dövlət investisiyalarının gözləniləndən daha yüksək olmasıdır. 2019-cu il üçün BVF Azərbaycanda ümumi daxili məhsulun 3,9 faiz artacağını proqnozlaşdırır.

Ümumilikdə, fondun analitiklərinin fikrincə, 2018-ci ildə MDB-nin iqtisadiyyatı 2,2 faiz, 2019-cu ildə 2,1 faiz artacaq.

Hesabatda o da qeyd olunur ki, 2018-2019-cu illərdə qlobal iqtisadiyyat 3,9 faiz artacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here