Cəbhədən Xəbər 

Düşmənin qorxulu yuxusu – “Yarasa”

Vətən müharibəsində qazandığı qələbə ilə qüdrətini dünyaya bir daha göstərən Azərbaycan Ordusunda 2021-ci ildə yeni hərbi birləşmə yaradıldı. “Mavi beretlilər”in ilk toplanış məntəqəsi Hadrut qəsəbəsi oldu. 2021-ci ildə Prezident İlham Əliyevin də iştirakı ilə yeni hərbi hissənin açılışı oldu. Bu hərbi hissədə əsgərlər üçün hər cür şərait yaradıldı: onlar üçün yeni idman zalı, təlim məntəqəsi istifadəyə verildi. Eyni zamanda, bu birləşmədə xidmət edən hərbçilərimiz yeni silah və texnikalarla təmin olundular. Baku TV üç ildir yaranmasına baxmayaraq, peşəkarlığından bütün dünyanın danışdığı “Yarasa” hərbi birləşməsinin qərarlaşdığı hissədən reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik:  …

Read More
Cəbhədən Xəbər 

Azərbaycan Ordusunun məğrur şahinləri: Ölkənin hava məkanının etibarlı mühafizləri

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) Hücum Bazası ölkənin hava məkanının mühafizəsində mühüm rol oynayır. “Report” xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin xüsusi qoşun növlərindən biri olan Hərbi Hava Qüvvələri (HHQ) 30 ilə yaxın davam etmiş işğala son qoyulmasında çox mühüm rol oynayıb. O baxımdan, HHQ-də xidmət keçən hərbi qulluqçuların İkinci Qarabağ müharibəsinin “gizli qəhrəmanları” adlandırılması təsadüfi deyil. Ən yeni dönəmdə öz igidlik və şücaətləri ilə Azərbaycanın Zəfər tarixinə adlarını yazdıran HHQ mənsubları arasında şəhidlik zirvəsinə yüksələnlər də var. Ölkə səmasının hakimi və mühafizi olan şahinlərdən beş nəfər “Vətən Müharibəsi…

Read More
Cəbhədən Xəbər 

Düşmənin yeraltı cinayətləri

Azərbaycan isə öz ərazilərinin minalardan təmizlənməsində beynəlxalq təşkilatlardan fəal dəstək gözləyir Nəzərə alsaq ki, ərazilərimizin minalanması prosesi hələ Birinci Qarabağ müharibəsi dövründən başlayıb, əminliklə deyə bilərik ki, bu   yeraltı terror vasitələrinin aşkarlanması, zərərsizləşdirilməsi də uzun illər çəkəcək. İşğaldan azad olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Məqsəd daha çox insanı qətlə yetirmək üçün partlayışın dalğasını maksimum böyütməkdir. Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan yerləri də minalamışdı. Bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir. Xatırladaq ki, iyunun 21-də Cəbrayıl rayonu ərazisində…

Read More
Cəbhədən Xəbər 

Güclü, Peşəkar və Qalib

Azərbaycan Ordusu paradlar ordusu deyil, güclü, peşəkar, müharibədə, real döyüş əməliyyatlarında öz sözünü demiş, özünü təsdiqləmiş ordudur Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, taleyüklü məsələlərinin həlli naminə göstərdiyi xidmətlərin alternativi yoxdur. SSRİ miqyasında heç bir müttəfiq respublikada olmayan, heç bir dövlət başçısının cəsarət etməyəcəyi təşəbbüsü ilə hələ o illərdə sayılıb-seçilən Ulu Öndər Heydər Əliyev həmkarlarından fərqlənirdi. Hərbi təcrübəsini dövlətçilik məharəti ilə vəhdətdə həyata keçirən müdrik şəxsiyyətin adı sağlığında belə əbədiləşmişdi. Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla uzaqgörən siyasətçi olduğunu təsdiqləyən Ulu Öndər ordu quruculuğu istiqamətində apardığı siyasəti, milli kadrların yetişdirilməsi…

Read More
Cəbhədən Xəbər 

General-polkovnik: “Saat 11 üçün tapşırıq aldım ki, hazırlığa başlayın”

“Antiterror əməliyyatının başlaması üçün artıq şərait yaranmışdı, onlar bütün təxribatlara əl atırdılar”. ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib. “Siz bilirsiniz ki, onlar ərazini minalayırdılar. Hətta biz minaları beynəlxalq qurumlara təqdim etdik. Bu minalar müharibədən sonra istehsal olunublar. Bununla yanaşı, mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda olan hərbçilər Ermənistan silahlı qüvvələrinin bir hissəsi idilər. Eyni zamanda, təbii ki, onlar yerli əhalidən də istifadə edirdilər. Bunu mətbuatdan da bilirik, onlar özləri də gizlətmirlər. Bir daha vurğulayım ki,…

Read More
Cəbhədən Xəbər 

Rütbəsi artırılan zabitlər kimlərdir?

26 iyun Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən, general-mayor Namiq İslamzadəyə general-leytenant, polkovniklər Vilayət Quluyev və Həsən Əlövsədova general-mayor ali hərbi rütbəsi verilib. Generalların üçü də Vətən müharibəsinin iştirakçısı olub. Namiq İslamzadə Vətən Müharibəsi Qəhrəmanıdır. O, 44 günlük zəfər tariximizdə iştirakı ilə əlaqədar “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Bundan başqa, “Heydər Əliyevin 100 illiyi” (1923–2023) yubiley medalına layiq görülüb. Bu gün general olan Vilayət Quluyev də Vətən Müharibəsinin gedişində ayağından qəlpə yarası alsa da, qısa müddət sonra döyüşlərə qayıdıb. Füzuli,…

Read More
Cəbhədən Xəbər 

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. ARANTV.AZ xəbər verir ki,  nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövləti regionda dayanıqlı sülhün, sabitliyin bərqərar olması və qorunmasının təminatçısına çevrilmişdir. Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti…

Read More
Cəbhədən Xəbər 

Vətən müharibəsi ilə bağlı yeni faktlar: İrəvanı təslim olmağa məcbur edən MÜHÜM DETAL – VİDEO

“Xatırlayırsınızsa, möhtərəm cənab Prezident çıxışlarında bir neçə dəfə qeyd etmişdir ki, Vətən müharibəsi zamanı Azərbaycanın uğurlu əməliyyatlarından biri Ağdam istiqamətində idi”. ARANTV.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib. “Ermənistan silahlı qüvvələrinin böyük bir birləşməsi – bizim hesabımızla təxminən 15-18 min nəfərlik şəxsi heyət mühasirəyə düşmüşdü. Biz bu əməliyyatı yekunlaşdırmaq üçün mühasirəyə düşən həmin hərbi birləşmələrin ətrafına toplarımızı, raket sistemlərimizi yığmışdıq və artıq onların zərərsizləşdirilməsi üçün tədbirlərə başlayırdıq. Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi. Möhtərəm…

Read More
Cəbhədən Xəbər 

Zakir Həsənov: Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar

Antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar. ARANTV.AZ  xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib. “Bütün bu təhlillər göstərdi ki, biz müharibədəki bütün o təcrübənin tətbiqindən sonra artıq antiterror əməliyyatı zamanı qısa müddətdə düşmən darmadağın edildi. Bu antiterror əməliyyatına dünyada unikal əməliyyat kimi baxırlar, onunla maraqlanırlar. Çox sevindirici haldır ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əməliyyatları bu gün bütün dünyada dərindən öyrənilir”, – nazir bildirib. “Biz müharibə vaxtı əldə etdiyimiz təcrübəni də, nöqsanları da öyrənirik. İstifadə etdiyimiz…

Read More
Cəbhədən Xəbər 

Azərbaycanın müdafiə naziri: Qarşıya vəzifə qoymuşuq ki, ordumuzu digər mərmilərlə, raketlərlə təmin edək

“Biz görürük ki, möhtərəm cənab Prezidentin Müdafiə Sənayesi Nazirliyini yaradanda çox böyük uzaqgörənliyi indi təsdiqini tapır. İndi dünyada sursat almaq üçün növbəyə durmaq lazımdır. Təəssüflər olsun ki, bütün dünya silahlanır. Əgər biz indiki vəziyyətlə beş il bundan qabağı müqayisə etsək, tam fərqli vəziyyət görərik. Ona görə artıq biz bu ərəfəyə hazırlıqlı gəlmişik. Bizim imkanımız var ki, öz tələbatımızı azı 70 faiz təmin edək”. ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib. “Bizim məqsədimiz ondan ibarətdir ki, bunu daha da yüksək səviyyəyə…

Read More