Şou biznes 

Cabir Abdullayevin gizli biznesi

Əməkdar artist Cabir Abdullayev biznesindən danışıb. Bu haqda müğənni “İncə səhər” verilişində danışıb. Aparıcı Vüsalə Əlizadənin “Sizin avtomobil yuma məkanınız var” sözlərinə “Var. İllərdir tək biznesim odur. Amma hələ orada bir şey etməmişik” cavabını verib.   (Axşam.az)

Read More
Şou biznes 

Zeynəb ərə gedir? – FOTO

Müğənni Zeynəb Həsəninin toyu olduğu iddia edilib. Buna səbəb Zeynəbin paylaşımları olub. Belə ki, Zeynəb gəlinlik libasında bəylə fotolarını paylaşıb. Həsəni fotolara “Allah arzusunda olan hər kəsə qismət etsin” şərhini yazıb. Kimisi Zeynəbi təbrik etsə də, kimisi bunun çəkiliş olduğunu düşünüb.  (Olay)

Read More
Şou biznes 

53 yaşını oğlu və nəvəsi ilə qeyd etdi – VİDEO

Bu gün Əməkdar artist Rafael İsgəndərovun doğum günüdür.  53 yaşına qədəm qoyan aktyor bununla bağlı instaqram səhifəsində video yayımlayıb. Görüntülərdə Rafaelin nəvəsi Zəhra ilə ad günü tortunun şamlarını söndürməsi əks olunub. Oğlu Fuad İsgəndərov isə atası ilə olan şəklini yayımlayaraq “Bu gün atamın 53 yaşı tamam olur” sözlərini yazıb.    (Olay)  

Read More
Şou biznes 

İlqar Mikayıloğlunun övladının nişanından FOTOLAR

Aparıcı İlqar Mikayıloğlunun oğlu Mikayıl nişanlanıb. Bu barədə aparıcı sosial media hesabında yazıb. İlqar məclisdən fotoları yayımlayaraq “Oğlum Mikayıl nişanlandı. Oldum quda” deyə, yazıb. Qeyd edək ki, İlqar Mikayıloğlu vəkil Zülfiyyə Bayramova ilə ailəlidir. İlqarın ilk nikahdan iki, Zülfiyyənin də digər evliliyindən iki övladı var.  (Axşam.az)

Read More
Şou biznes 

Bu müğənnilərə efir qadağası qoyuldu –SƏBƏB

Aparıcı Tarix Əliyev (Tolik) efir mədəniyyəti olmayan müğənnilləri verilişinə dəvət etməyəcək. Bu barədə o, “Tarixin bir günü” verilişində bildirib. O, həmkarını da bu addımı atmağa səsləyib: “Bu yaxınlarda həmkarım Zaur Nəbioğlu ilə danışdıq və belə qərara gəldik ki, efir mədəniyyəti olmayan, konsert salonlarını restoran kimi tanıyan və böyük-kiçik yeri bilməyən müğənniləri efirə çağırmayacağam. Bunu özümə söz vermişəm. Zaur da dedi ki, mən də çağırmayacağam. Bu gün görürəm ki, aparıcı Elgiz Əkbər də onları “boykot” etməyə səsləyib. Biz “boykot” etməyəcəyik. Televiziya tamaşaçılar üçün fəaliyyət göstərir. Biz nə versək, insanlar ona baxacaqlar.…

Read More
Şou biznes 

Bozbaş qonaqlığı: “Niyə məni biabır edirsən?!” – VİDEO

Müğənni Xatirə İslam şairə və qiraətçi Nazilə Səfərlini nahar yeməyinə dəvət edib. Həmin anları Nazilə instaqram səhifəsində izləyiciləri ilə bölüşüb. Görüntülərdə Nazilə ilə Xatirənin məzəli və atmacalı dialoqu yer alıb. Belə ki, N. Səfərli “Sən niyə day-day yeməyi yeyirsiən?” deyərək X. İslama səslənib. “Mən rayonlu qızam. Niyə məni biabır edirsən? Camaat niyə bilməlidir ki, mən küftə yeyirəm” – deyə, Xatirə Nazilənin cavabını verib. Masada “nar-soğan”ı N.Səfərli X.İslamdan fərqli olaraq yeməkdən imtina edib. O, bunu axşam məclisdə olması ilə əlaqələndirib.   (Olay)

Read More
Şou biznes 

Dado valideynləri ilə Natavanın evində – VİDEO

Reper Dado (Səid Əliyev) valideynləri ilə birgə keçmiş həyat yoldaşı Natavan Həbibinin evində qonaq olublar. Bununla bağlı Natavan instaqram səhifəsində video paylaşıb. Dado valideynləri ilə Həbibinin evinə gələrək oğlu Zeydə baş çəkiblər. Qeyd edək ki, Natavan və Dado boşansalar da, müsahibələrində övladlarına görə dost münasibətində olduğunu bildirirlər.  (olay)

Read More
Şou biznes 

“Kişi papağını yerə qoymasaydı, qadın SOYUNMAZDI”

Tanınmış psixoloq Samirə Bağırova yenidən açıqlaması ilə gündəmə gəlib. O, müsahibəsində qadın-kişi münasibətlərinə toxunub. Qadınların açıq-saçıq geyinməsinin səbəbini kişilər bağlayan Bağırova bunları deyib: “Hər şeyi Qərbdən götürürük. Niki Minaj, Ceylo kimi ulduzların bədən quruluşuna baxırlar. Anlamırlar ki, onlar milyonlar qazanırlar. Həyatlarını reklam edirlər, ancaq kimsə onları saxlamır. Bir konsert qazancını istəsən belə əldə edə bilməzsən. Onlar isə bədənini həyatını səviyyəli şəkildə reklam edirlər. Biz “Azad qadın” adı altında çarşabdan çıxmışıq, amma çox yalnış istiqamətdə… Kişilər deyir ki, qadınlar kobudlaşıb, əxlaqsız olub, çılpaqlaşıb. Deyirəm ki, kişi papağını yerə qoymasaydı, qadın soyunmazdı.…

Read More
Şou biznes 

“Küsülü idik, üstümüzə təcili yardım gəlirdi”

Əməkdar artist Mətanət İsgəndərli illər əvvəl şair-bəstəkar Xanım İsmayılqızı ilə aralarındakı küsülülükdən danışıb. Sənətçi bu barədə “Xəzər axşamı”na müsahibəsində söhbət açıb: “Bir mahnı var, “Unut məni”. Onu mərhum Xalq artisti İlhamə Quliyeva oxuyub. Axı hər bir dostun arasında inciklik olur. Mən Xanım İsmayılqızı ilə elə bir dost olmuşam ki. Hər gün səhər bir-birimizə zəng edərdik. Evdən çıxmamış onun səsini eşidib sonra işlərimin dalınca gedərdim. O da həmçinin. Bu belə davam edirdi. Bir dəfə aramızda dəydi. Şeytan axı yaxşı dostların arasına girir. İnanın ki, bir halda idim. Mənim üstümə təcili yardım…

Read More