Gündəm 

22 noyabr- ədliyyə işçilərinin peşə bayramı günüdür.

Azərbaycanda ədliyyə sisteminin xalqımızın müstəqilliyi uğrunda mübarizəsini,onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasinin yaranması ilə başlanır.Həmin dövrdə Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhməiyyət verilərək 1918-ci il may ayının 28-də- Azərbaycan Demokratik Respublikasının elan edildiyi gündə Ədliyyə Nazirliyidə yaranmışdır.

Nazirlik öz işinə ilk növbədə Ədliyyə strukturlarının,məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlamış,  gərgin fəailiyyət nəticəsində  məhkəmə aparatları  tədricən bərpa edilmiş , binalar qaydaya salınmış, çətinliklə də olsa hüquq ədəbiyyat kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilmişdir.

Həmçinin ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş,o cümlədən 1918-ci ilin noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmişdi.

Azərbaycan Demokratik Respublikasının 1920-ci il aprel ayının 27-28 də Sovet hökumətinin XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra İnqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş,Xalq Ədliyyə Komisarlığı yaradılmışdır.1959-cu ildə Ədliyyə Komisarlığı ləğv edilmişdir.Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi,ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.1972-ci ilin oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş və bununlada azərbaycanda Ədliyyə sistemində yeni mərhələ başlanmışdır.Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr-1918-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əsasnaməsinin təsdiq edildiyi günün Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərancamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

Azərbaycan Respublikası prezidentinin 2006-cı il 19 yanvar və 17 avqust tarixli fərmanları məhkəmə və ədliyyə orqanlarının inkişafının yeni mərhələsini müyyən etmiş,məhkəmə hüquq sisteminin müasir dövrün tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə ölkəmizin regional hüquq infrastrukturunun genişlənməsinə şərait yaratmışdır.

Bu il Ədliyyə Nazirliyi 102 illik tarixi dövr ərzində,keşməkeşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatmış,dövlətin hüquq siyasətini həyata keçirən orqana çevrilmiş,səlahiyyətləri xeyli genişlənmiş,cəmiyyətdə nüfuzu daha da yüksəlmişdir.

Bu ərəfədə xüsusi ilə qeyd etmək lazımdır ki, 2020-ci il 27 sentyabr tarixdən başlayan ikinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun qələbələri ilə davam edir. Döyüş əməliyyatlarının getdiyi bütün ərazilərdə işğalçı ordu darmadağın edilməkdədir. Ən müasir döyüş üsülları ilə əks-hücun əməliyyatları həyata keçirilən ordumuzun gücü qarşısında düşmən tamamilə acizdir.Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı işğaldan azad olunub. Tərtər və Xocavənd istiqamətlərində işğalçının mövqeləri yarılaraq yaşayış məntəqələri düşmənlərdən təmizlənmişdir.Azərbaycan torpaqlarını işğaldan güc yolu ilə azad etməyə başladıqdan sonra dünyanın diqqəti ölkəmizə yönəlmişdir.məlumdur ki, dünyada ikili standartların, hegemonluq iddiaların, sivilzasiyalararası problemlərin olduğu bir vaxtda öz hüquqlarını güc yolu ilə təmin etmək asan məsələ deyildir. Lakin Azərbaycan bunu cəsarətlə bacaran Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev özünün müdriksiyasəti ilə danışıqlardan imtina edən, torpaqlarımızın işğalından əl çəkmək istəməyən Ermənistanı güc yolu ilə cəzalandırır, onu qədim yurd yerlərimizdən qovub çıxarır.Ona görə də bu gün beynəlxalq ictimaiyyətin marağı öz qətiyyəti ilə dünyaya səs salan, işğalçı Ermənistana tarixin ən gözəl dərsini verən Azərbaycandadır. Əməliyyatların başladığı günlərdə dünyanın tanınmış kütləvi informasiya vasitələrinin müsahibə almaq üçün cənab Prezidentimiz İlham Əliyevə müraciət etmələri bunu bir daha təsdiq edir.Onların hamısını ilk növbədə məhz torpaqlarını inamla işğaldan azad edənAzərbaycanın mövqeyi, Prezident İlham Əliyev məsələyə münasibəti maraqlandırır.Çünki İlham Əliyev bu müharibənin qalibidir, dövlətin ərazi bütövlüyünü təmin edən müzəffər sərkərdədir. Bu müsahibələr həm də Azərbaycanın Ermənistana qarşı informasiya savaşının  uğurlarını  təmin edən əsas silaha çevrildi.

Məlum olduğu kimi, dünya erməniliyi, erməni  lobbisi bu günlərdə Azərbaycana virtual hücumunu daha da gücləndirib, “məzlum erməni” obrazında yeni informasiya savaşına başlayıb. Lakin ilham Əliyevin tanınmış KİV-ə  verdiyi müsahibələr onların bütün planlarını alt-üst edib. Etibarlı və daha çox müraciət edilən mənbə kimi İlham Əliyevin müsahibələri erməni iddialarını və yalanlarını ifşa etdi. Azərbaycan Prezidenti bu müsahibələrlə respublikamızın  haqq səsini dünyaya çatdırdı, əks-hücum əməliyyatlarının başlanması diplomatik məharətlə əsaslandırıldı, əsl həqiqətlər barədə beynəlxalq ictimaiyyət məlumatlandırıldı.Bütün bunların nəticəsidir ki,sentyabrın 27-dən sonra dünya erməniliyi  Azərbyacana qarşı diplomatik cəbhənin yaradılmasına nail ola bilmədi.Bu günlərdə İtaliyanın tanınmış “La Republica” qəzetinə və İspaniyanın EFE İnformasiya Agentliyinə müsahibələr verən prezident İlham Əliyev bir daha müharibənin başlanmasına səbəb olan əsl həqiqətləri diqqətə çatırdı.Dövlət başçısı faktlara,beynəlxalq hüquqa,BMT Təhlükəsiszlik Şurasının qətnamələrinə istinad edərək göstərdi ki,bu müharibənin başlanmasının səbəbi Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəməməsidir.30 ilə yaxındır aparılan danışıqlarda Ermənistan daim desturiktiv mövqeədən çıxış edib,beynəlxalq ictimaiyyətin həm etinasızlığı,həm də ikili standartlarla işğala dəstək verməsi səbəbindən torpaqlarımızın ilhaqına nail olmağa çalışıb.Azərbaycan isə bu dövrdə danışıqlar prosesinə sadiq olub,problemin sülh yolu ilə həllinə çalışıb.EFE  İnformasiya Agentliyinə müsahibəsində cəbhədəki vəziyyətin Azərbaycan Ordusunun üstünlüyünü göstərdiyini deyən Prezident İlham Əliyev bir daha Silahlı Qüvvələrimizin öz ərazi bütövlüyünü bərpa etdiyini,eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunduğunu bəyan etdi.”Cəbhədəki vəziyyət Azərbaycan Ordusunun üstünlüyünü göstərir.Biz bir-birinin ardınca kəndləri,şəhərləri azad edirik.Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan demək olar ki,30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib.Azərbaycan Ordusunun uğurlu hücüm əməliyyatı davam edir.Bu,bir daha onu göstərir ki,biz güclü ölkəyik və öz torpağımızda döyüşürük.Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini,Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik.Yeri gəlmişkən,biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdan çıxarılmasını tələb edən,lakin Ermənistan tərəfindən olar ki,30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik.” Məlumdur ki,hərbi əməliyyatlar başlanandan sonra da Azərbaycan problemin danışıqlar yolu ilə həllinin mümkünlüyünü bildirdi.Lakin artıq əvvəlki dövr deyil və bütün dünya gördü ki,Ermənistanın işğalçılığına yalnız güc yolu ilə son qoymaq mümkündür.Artıq şərtləri Azərbaycan dikət edir.Danışıqlara başlamağın yolu İlham Əiiyevin şərtlərinə əməl etməsindən keçir.Ermənistanın isə kompromisdən başqa yolu yoxdur.Yerevan işğal altında olan digər rayonları boşaltmaq üçün Azərbaycana vaxt cədvəli təqdim etməlidir.yalnız bundan sonra Ermənistanla danışıqlar mümkündür.Hazırki mərhələdə isə İlham Əliyev Ermənistanın baş naziri ilə görüşməkdə məna görmür.Bəli,ilham Əliyev bu müharibənin qalib sərkərdəsidir.Məğlubiyyətə uğramış dövlətin rəhbərliyi ilə görüş də yalnız və yalnız İlham Əliyevin şərtlərinin tam yerinə yetirilməsi çərçivəsində mümkündür.Ermənistan indiyə qədər işğalçı siyasəti ilə fəxr edirdi,hətta Azərbaycanı yeni əraziləri zəbt etməklə hədələyirdi.Bu illər ərzində düşmən öz ordusu ətrafında mif yaratmışdı,özünü elə aparırdı ki,guya,məğlubedilməzdir.Amma elə döyüşlərin ilk günündən bu mif darmadağın edildi.Kimin kim olduğunu bütün dünya gördü.Dağlıq Qarabağda Ermənistanın yaratdığı möhkəm istehkamlar,betonlaşdırılmış möqelər, tunellər,sığınacaqlar bir həmlə ilə ələ keçirildi.Azərbaycan Ordusu Qarabağdakı erməni silahlı birləşmələrini darmadağın edərək pərən-pərən saldı,şəxsi heyətinin böyük əksəriyətini məhv etdi.Bu gün Ermənistanda Qarabağda döyüşə göndərməyə adam tapılmır,yerdə qalanlar da işğalçı siyasətin qurbanı olmaq istəmirlər.Artıq Dağlıq Qarabağda elə bir vəziyyət yaranıb ki,separatçı rejimin rəhbərliyi də Yerəvana qaçıb.AZərbaycan Ordusu hazırda bütün cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.İşğalçı ordunun qalıqları hər gün məhv edilir və qovulub çıxarılır.Ermənistanın Yaxın Şərqdən gətirdiyi terrorçular da işğalçıya kömək göstərməkdə acizdirlər.

Rəşadətli Azərbaycan Ordusu 2020-ci il 08 noyabr tarixdə Şuşa şəhərini işğaldan azad edərək,28 il yarım davam edən həsrətə son qoydu.08 noyabr günü Azərbaycanın şanlı tarixinə əbədi olaraq həkk edildi.Bu qələbə ulu öndər Heydər Əliyev yoluna sadiq lider kimi ölkə başçısı cənab İlham Əliyevin müdrik,uzaqgörən,ardıcıl və prinsipial daxili və xarici siyasətinin məntiqi nəticəsidir.Dövlət başçımızın uğurla həyata keçirdiyi müstəqil dölət quruculuğu siyasəti,iqtisadiyyatın inkişaf etdirilməsi,sosial rifahın yüksəldilməsi,güclü ordunun yaradılması ölkəmizdə möhkəm siyasi sabitliyi,iqtidar-xalq birliyini,milli həmrəyliyi təmin edərək Silhalı Qüvvələrimizin zəfər yürüşünün möhkəm təməllərini  formalaşdırılmışdır.Ən mühüm məsələlərdən biri də odur ki,cənab İlham Əliyevin uğurlu diplomatik gedişləri Ermənistan beynəlxalq dəstəkdən məhrum etdi. İşğalçının dəstəklənməsinə xidmət edən bütün təşəbbüslərin qarşısı alındı.

Budur, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan döyüş meydanında Ermənistana tarixinin ən böyük faciəsini yaşatmış, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilərək qələbəyə nail olunmuşdur.

 

 

Ağcabədi  rayon qeydiyyat şöbəsinin

rəisi  İslam Əhmədov

Daha çox xəbərlər