Bölgə 

Xalqın nicatı

Azərbaycan xalqı öz tarixi müdrikliyini sübut edərək böyük oğlu Heydər Əliyevi Azərbaycanın tale yüklü zamanında hakimiyyətə gətirdi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, elmi- mədəni həyatında, beynəlxalq əlaqələrdə, Milli Ordu quruculuğunda dönüş yarandı. Müstəqilliyin ilk illərində xalqımız üz-üzə qaldığı çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Azərbaycanın müstəqilliyinin banisi Ulu öndər Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycan torpağını qarış-qarış gəzir, sadə əmək adamları, zəhmətkeş insanlarla görüşür, onları maraqlandıran məsələlərlə tanış olurdu.
Bəli, mən də o xoşbəxt insanlardanam ki, Heydər Əliyev kimi dahi bir şəxsiyyətlə görüşüm olub.
1998-ci ilin oktyabr ayının 7 – də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizəd kimi Bərdə rayon seçiciləri ilə görüşünün rəsmi təqdimat hissəsində mitinqi mən aparırdım. Ömrümdə o qədər, sevinc və həyəcan keçirməmişdim. Heç unutmuram:
7 oktyabr 1998-ci il Bərdəyə xas olmayan çox soyuq bir hava var idi. Ancaq Ulu Öndərlə görüşə gəlmiş insanların izdihamı Bərdənin küçə və meydanlarına sığmırdı. Mitinq başlamamışdan öncə Ulu öndər Heydər Əliyev səmimi baxışlarıyla mənə baxıb gülümsəyəndə elə bil mənə ilahi bir güc gəldi. Sanki çoxdan tanıdığım doğma, əziz bir insanı görürdüm. Görüşün sonunda işarə ilə məni yanına çağırdı və əlini kürəyimə qoyub soruşdu: “Oğul nə işləyirsən?” Dedim:-Şəhər 6 saylı məktəbdə direktor işləyirəm. Ulu öndər dedi: -Cox gözəl, çox yaxşı! Bu, mənim dünyada aldığım, heç zaman unutmadığım ən böyük mükafatdır.
Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş -iqtidar qarşıdurması, xaos şəraitində xalqımızın yeganə ümid yeri dəmir iradəyə, yüksək idarəçilik keyfîyyətlərinə, geniş siyasi dünyagörüşünə malik, əsl lider Heydər Əliyev idi.
Dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət olaraq qurulması və möhkəmləndirilməsi dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin gücü, titanik fəaliyyəti nəticəsində mümkün oldu. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayitdigi ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələlərini daim diqqət mərkəzində saxlamış, mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmiş, ölkədəki qeyri qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə hərtərəfli sabitlik bərqərar edilmişdir. Bəli, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycanın milli dövlət müstəqilliyinin qüdrətlənməsini xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədi var olan, bugün də yolumuzu işıqlandıran nurlu ideyalarına borcluyuq. Xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu öndərin adı ilə bağlıdır.
Bu gün Azərbaycana Ulu Öndər Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də regionun nüfuzlu lideridir.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə rayon Mirzalıbəyli kənd tam orta məktəbin direktoru Nizami Quliyev

Daha çox xəbərlər