İdman 

Əməkdaşlıq bitdi, məşhur klub yenidən Bakıya qayıtdı

Azərbaycan basketbolunun ənənəvi komandalarından olan NTD bu mövsüm yenidən paytaxtı təmsil etməyə hazırlaşır.

Klub Bakı təmsilçisi kimi baş məşqçi Tahir Baxşıyevin rəhbərliyi ilə yoluna davam edəcək.

Komandanın bu qərarının səbəbini bilmək üçün mətbuat katibi Teymur Maqsudova üz tutduq. Klub rəsmisi Offsideplus.az-a açıqlamasında bunları söylədi:

“Keçən mövsüm federasiyanın təşəbbüsü ilə NTD klubu Xaçmaza köçmüşdü. Lakin bu əməkdaşlıq müddəti başa çatıb. Hər iki tərəf razılaşıb ki, əməkdaşlıq yenidən uzadılmasın.

NTD klubu artıq Bakıya qayıdıb və 20 ildən çoxdur olduğu kimi, yenidən paytaxtı təmsil etməyə davam edəcək”. (offsideplus.az)

Daha çox xəbərlər