Cəmiyyət 

Kapitan Bakı aeroportuna göyərtədə həyəcan siqnalı barədə sorğu göndərdi

Bu gün Ankara – Bakı müntəzəm reysini həyata keçirən “Ajet” aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanı məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 15:55-də Bakı hava limanına təhlükəsiz eniş edib.

Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.

“Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir.

Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir”, – məlumatda vurğulanıb.

Daha çox xəbərlər