Hadisə 

Bərdədə ağır QƏZA: Ölən var

Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Mehdixanlı kəndi ərazisində baş verib.

Belə ki, Nadir Rəşid oğlu Həsənovun sükanı arxasında olduğu VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.

Qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin – 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova isə həlak olub.

Faktla bağlı araşdırma aparılır./Report

Daha çox xəbərlər