Siqaret, nikotin və siqaret tüstüsündə zərərli maddələr: ziyanı necə azaldaq?
Uzun illərdir siqaret dünyada ən ciddi ictimai sağlamlıq problemlərindən biri kimi qalır. Onun təsiri təkcə fərdi vərdiş çərçivəsində qalmır, səhiyyə sistemlərinə, iqtisadiyyata və sosial həyata birbaşa təsir göstərən qlobal risk faktoru kimi qiymətləndirilir.
Siqaret istifadəsi zamanı insan orqanizmi minlərlə kimyəvi maddəyə məruz qalır və bu maddələrin əhəmiyyətli hissəsi toksik və kanserogen xüsusiyyət daşıyır. Xüsusilə ağciyər xərçəngi siqaretlə ən sıx əlaqələndirilən xəstəliklərdən biri hesab olunur. Bununla yanaşı qırtlaq, boğaz, qida borusu və ağız boşluğu xərçəngləri də siqaret tüstüsünün təsiri ilə əlaqələndirilir. Eyni zamanda ürək-damar xəstəlikləri, insult və xroniki ağciyər xəstəlikləri də siqaretlə bağlı əsas ölüm səbəbləri sırasında yer alır.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə tütün tüstüsü dünyada hər il 7 milyon insanın ölümünə səbəb olur.
Bu kontekstdə mühüm elmi qənaətlərdən biri ondan ibarətdir ki, siqaretin yaratdığı riskin mərkəzində nikotin deyil, tütünün yanma prosesi dayanır. Nikotin tütün bitkisində təbii şəkildə mövcud olan və asılılıq yaradan maddədir. O, beyində dopamin sistemini aktivləşdirərək davranış asılılığını gücləndirir. Lakin nikotin siqaretlə bağlı xəstəliklərin, xüsusilə də xərçəngin əsas səbəbi deyil. Daha bir maraqlı fakt odur ki, heç bir milli və ya beynəlxalq səhiyyə qurumu nikotini kanserogen maddə olduğunu qeyd etmir.
Siqaretlərlə bağlı əsas təhlükə tütünün yüksək temperaturda yanması zamanı yaranan kimyəvi reaksiyalardan qaynaqlanır. Yanma nəticəsində əmələ gələn tüstü minlərlə zərərli maddəni özündə birləşdirir. Elmi araşdırmalar siqaretlə bağlı xəstəliklərin böyük hissəsinin məhz bu yanma məhsulları ilə bağlı olduğunu göstərir.
Məsələn, Böyük Britaniyanın İctimai Sağlamlıq üzrə Kral Cəmiyyəti və Sağlamlığın Yaxşılaşdırılması və Bərabərsizliklər üzrə İdarəsi, eləcə də ABŞ Qida və Dərman Administrasiyası (FDA) təsdiq etmişdir ki, nikotin asılılıq yaratsa da, siqaretlə bağlı xəstəliklərin əsas səbəbi deyil.
Siqaret çəkmənin sağlamlığa zərəri nikotinin özündən deyil — tütünün yanması zamanı yaranan çoxsaylı zərərli kimyəvi maddələrin (məsələn, karbon monoksid, benzol və formaldehid) yüksək səviyyəsindən irəli gəlir.
Məhz bu elmi fərq son illərdə tütün qızdırıcı texnologiyaların ortaya çıxmasına və geniş müzakirə olunmasına səbəb olub. Tütün qızdırıcı cihazlarda tütün yandırılmır, yalnız idarə olunan temperaturda qızdırılır. Bu isə siqaretdə mövcud olan ən zərərli prosesin — yanmanın — tamamilə aradan qalxması deməkdir.
Bu məqam tütün qızdırıcıların ən əsas fərqləndirici xüsusiyyətini müəyyən edir: yanma olmadığı üçün siqaret tüstüsündə olan çoxsaylı zərərli maddələrin səviyyələri 90-95%-ə qədər azalır.
Yanmanın olmaması qatran, benzol, formaldehid və digər yüksək toksik yanma məhsullarının əmələ gəlməsini kəskin şəkildə azaldır. Bu da tütün qızdırıcılarını klassik siqaretdən fərqli risk strukturuna malik texnologiya kimi ön plana çıxarır.
Əlbəttə, siqaret çəkənlərin bu zərərli vərdişdən tamamilə əl çəkməsi ən doğru yoldur, lakin onların əksəriyyəti bunu etmir və siqaret çəkməyə davam edir. Bu insanlar onları siqaretdən uzaqlaşdıran praqmatik yanaşma tələb edir ki, tüstüsüz tütün məmulatları məhz belə bir yanaşma təmin edir.
Beynəlxalq ictimai sağlamlıq müzakirələrində bu yanaşma “zərərin azaldılması” (harm reduction) çərçivəsində qiymətləndirilir. Məsələn, Böyük Britaniyanın “Public Health England” qurumunun hesabatlarında siqaretə alternativ nikotin məhsullarının klassik siqaretlə müqayisədə əhəmiyyətli dərəcədə daha az zərərli olduğu qeyd olunur. Bu kimi elmi yanaşmalar tüstüsüz texnologiyaların risk profilinin dəyişdiyini göstərən əsas istinadlardan biri hesab olunur.
Tütün qızdırıcılar elektron siqaretlərlə tez-tez qarışdırılsa da, bu iki məhsul fərqli prinsipə əsaslanır. Elektron siqaretlərdə tütün istifadə olunmur və maye buxara çevrilir, tütün qızdırıcılarda isə həqiqi tütün var və sadəcə yanmadan qızdırılır.
Bu struktur fərqi onların tənzimlənməsində də özünü göstərir. Bir sıra ölkələrdə elektron siqaretlər daha sərt məhdudiyyətlərlə üzləşsə də, tütün qızdırıcı məhsullar ayrıca kateqoriya kimi qiymətləndirilir və dövriyyədə qalır.
Beləliklə, elmi baxımdan siqaretlə bağlı əsas sağlamlıq risklərinin mərkəzində tütünün yanma prosesi dayanır. Tütün qızdırıcı texnologiyalar isə bu prosesi aradan qaldırdığı üçün siqaretlə bağlı əsas xəstəliklərin riskini də xeyli azaltmış olur. Buna görə də onlar tütün məhsulları içərisində fərqli kateqoriya kimi qiymətləndirilir və son illərdə siqaretə alternativ texnologiya kimi daha çox elmi və ictimai müzakirə mövzusuna çevrilib.

