Sərhədçilər daha bir cüyür balasını xilas etdilər – Video
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları Qubadlı rayonu ərazisində, Bartaz yolunda hərəkətdə olarkən yol kənarında köməksiz vəziyyətdə qalan cüyür balası aşkarlayıblar.
Publika.az xəbər verir ki, yeriməkdə çətinlik çəkən və zəifləyən heyvanı dərhal nəzarətə götürən sərhədçilər ona xüsusi qayğı göstəriblər.
Xatırladaq ki, ötən ay da DSX-nin hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası tapdıqdan sonra ona zəruri yardımlar göstəriblər.

