Rusiyanın dövlət xidmətinə HÜCUM: ölən hərbçilərin ŞOK sayı ələ keçdi

Rusiyanın dövlət xidmətinə HÜCUM: ölən hərbçilərin ŞOK sayı ələ keçdi

Rusiya Dövlət Federal Statistika Xidmətinin (Rosstat) rəsmi saytına haker hücumu nəticəsində əldə edilən məlumata görə, Ukraynaya qarşı müharibədə ən azı 490.000 rus əsgəri həlak olub. Musavat.com yazır ki, bu statistika bu ilin sentyabrının sonuna qədər olan rəqəmlərdir. “Meduza” və “Mediazona”nın birgə araşdırmasına görə, ölümlərin qeydiyyatında gecikmələr nəzərə alınmaqla, itkilərin real sayı 720.000 nəfəri keçə bilər.

Ukrayna'da ölen Rus askerlerinin beşte biri subay - BBC News Türkçe

Məlumatların həqiqiliyi miras işləri reyestrindən, məhkəmə qərarlarından, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarələrindən sızan digər məlumatlardan və Rosstat-dan əvvəllər dərc edilmiş statistikadan istifadə etməklə təsdiqlənib. Xüsusilə, tədqiqatçılar “Mediazona” tərəfindən “BBC” rus xidməti ilə birlikdə aparılan nominal siyahıya daxil edilmiş qurbanların 95,1%-nin qeydlərini tapıblar. Qurbanların demək olar ki, hamısı kişilərdir.

Digər müstəqil media orqanları da təhlil aparıblar. “The Insider” ən azı 472.000 itki sayıb. Qeydiyyat gecikmələri nəzərə alınmaqla, bu rəqəm sentyabrın sonuna qədər 485.000 hərbçiyə çata bilər. Jurnal onlardan 370.000-dən çoxunun adını da müəyyən edib. “Novaya Gazeta Europa”nın hesablamalarına görə də, Ukraynada 18 yaşdan 64 yaşa qədər 490.000 rus hərbçisi həlak olub.

“Vaznei Istorii” 24 fevral 2022-ci ildən 28 sentyabr 2026-cı ilə qədər olan dövrdə Rusiya əsgərlərinin ölümü ilə bağlı 499 mindən çox qeyd tapıb. Tədqiqatçılar müəyyən ediblər ki, 2022-ci ildə Rusiya gündə orta hesabla təxminən 60, 2023-cü ildə 150, 2024-cü ildə isə 400-dən çox əsgər itirib. 2025-ci ildə isə bu rəqəm 584-ə çatıb. Ölümlərin ümumi sayını verilənlər bazasına daxil edilmiş 1678 günə bölsək, orta hesabla hər beş dəqiqədə Ukraynada bir rus əsgəri ölür.

Bildirilir ki, əhali baxımından Uzaq Şərq və Sibir müharibədən ən çox zərər çəkib. Yəhudi muxtar vilayətində hər 100.000 əhaliyə təxminən min ölüm, Transbaykal diyarında təxminən 800, Çukotkada 760 və Tuvada 650 ölüm düşüb. Müqayisə üçün, Moskvada bu rəqəm hər 100.000 əhaliyə 63 ölüm təşkil edib. Ölən rus əsgərlərinin orta yaşı 2022-ci ildə 33-dən 2026-cı ildə 40-a yüksəlib. Müharibə 18-19 yaşlarında 7000-dən çox insanın həyatına son qoyub ki, bunların təxminən yarısı 2025-ci ildə olub.

Rus ordusundaki asker sayısı 1,5 milyona çıkarılacak

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a deyib ki, itkilərin əsas səbəbləri müharibənin uzun müddət davam etməsi, döyüşlərin intensivliyi, hərbi texnika itkiləri və hücum strategiyasıdır. Onun dediyinə görə, həlak olanların sayı ilə ümumi hərbi itkilərin sayı eyni deyil. Sadəcə, müxtəlif mənbələr bu rəqəmləri fərqli metodlarla hesablayır.

“Ukrayna ordusu müdafiə mövqelərini qoruyub saxlayaraq Rusiyanın irəliləməsini çətinləşdirib. Rusiyanın bəzi əməliyyatlarında çoxsaylı canlı qüvvədən istifadə edilməsi böyük insan itkisinə səbəb olub. Müasir müharibədə dronlar, artilleriya və digər texnologiyalar həm canlı qüvvə, həm də texnika itkisini artırıb. Şübhəsiz ki, uzunmüddətli müharibə Rusiyanın büdcəsinə, əmək bazarına, demoqrafiyasına və sosial vəziyyətinə ciddi təzyiq göstərir”,_ deyə hərbçi şərhçi belə izah edib.

Onun fikrincə, Rusiyanın itkilərinin bu qədər böyük olmasının əsas səbəbi müharibənin gözləniləndən qat-qat uzun və ağır olmasıdır: “Xüsusilə insan resurslarının davamlı şəkildə döyüşlərə cəlb edilməsi, Ukraynanın müqaviməti və müasir hərbi texnologiyalar itkiləri artırıb. Bu, İkinci Dünya müharibəsindən sonra Rusiya üçün ən ağır hərbi itkilərdən biridir. Rusiyanın hərbi itkilərinin artması ehtimalı yüksəkdir, xüsusilə müharibə indiki intensivliklə davam edərsə. ABŞ-ın Moskvadakı səfiri Mayk Uoltsun açıqlamasına görə, Rusiya ayda təxminən 30–35 min hərbçi itirir, 20–25 min nəfər isə orduya cəlb edir. Bu fərq davam edərsə, canlı qüvvə çatışmazlığı dərinləşə bilər.
2027-ci ilə doğru Rusiya üçün əsas problem yalnız itkilərin sayı deyil, həmin itkiləri əvəz etmək qabiliyyəti olacaq. Əgər aylıq itkilər yeni hərbçilərin sayını üstələməyə davam edərsə, bu, Rusiyanın hərbi imkanlarına və iqtisadiyyatına əlavə təzyiq yaradacaq”.

Emil Salamoğlu
Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir