Milli Məclisin plenar iclasında Orta Kür kontrakt sahəsi üzrə Sazişi təsdiq edilib.
Musavat.com-un məlumatına görə, deputatlar “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “ExxonMobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsini müzakirə ediblər.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.

