Region Xəbərləri 

İcra Hakimiyyətinə 300-dən artıq müraciət daxil olub – Lənkərandakı zəlzələ ilə bağlı

Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində zədələnən evlərlə bağlı Lənkəran şəhər İcra Hakimiyyətinə 300-dən artıq müraciət daxil olub.

ARANTV.AZ  bildirir ki, bu barədə trend-ə açıqlamasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon fövqəladə hasllar komissiyasının sədri Möhübbət Babayev deyib.

Komissiya sədri bildirib ki. hazırda komissiya üzvləri Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə çatlar yaranan evlərə baxış keçirir: “Hazırda müraciətlər əsasında araşdırmalar davam etdirilir, ev və obyektlərdəki çatların təhlükəli olub-olmadığı müəyyənləşdirilir. Müraciətlər əsasən Lerik rayonu ilə sərhəd olan kəndlərdəndir”.

atırladaq ki, dünən Lənkəran şəhər İcra Hakimiyyətinə rayon ərazisindəki cəmi 80 evdə çatların yaranması barədə məlumat daxil olmuşdu.

Qeyd edək ki, avqustun 28-i saat 16:58-də Lənkəran stansiyasından 13 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Daha çox xəbərlər