Cəlilabadda ağır yol qəzası, ölənlər var
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.
Belə ki, “VAZ” markalı minik avtomobili maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

