Əsas səhifə 

Rusiya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalandı

Azərbaycan prezidenti İlham Əliyev Rusiyaya rəsmi səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

ARANTV.AZ  xəbər verir ki, prezidentlərin görüşü nəticəsinə əsasən, iki dövlət arasında əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib ki, sənədlər Moskva və Bakı tərəfindən hazırlanıb və iqtisadi əməkdaşlığın genişləndirilməsinə aiddir. Səfirin sözlərinə əsasən, tərəflər mal dövriyyəsinin artımı və iqtisadi əməkdaşlığın inkişafına nail olmaq istəyirlər. Moskva eyni zamanda Rusiyanın iştirakı ilə müştərək şirkətlərin yaradılmasını da istəyir.


Ölkə.Az

Daha çox xəbərlər