Şou biznes 

Tolik şok görüntülər yaydı – Qadın ağlayan körpəni boğaraq ÖLDÜRMƏK İSTƏDİ – ANBAAN VİDEO

Tanınmış prodüser Tarix Əliyevin feysbukda paylaşdığı videonun Azərbaycanda çəkilmədiyi üzə çıxıb.

ARANTV.AZ xəbər verir ki, artıq aparıcı kimi fəaliyyət göstərən prodüserin sosial şəbəkədə yayımladığı video qısa müddətdə ölkədə böyük rezonans doğurub.

Videoda körpənin bir qadın tərəfindən qəsdən boğulması kadrları əks olunub. Prodüser video ilə əlaqədar olaraq böyük sarsıntı keçirtdiyini bildirib. Tolik daha sonra isə açıqlama verərək görüntülərin Tatarıstanda baş verdiyini söyləyib.

O, sözlərinə onu da əlavə edib ki, hadisənin harada baş verməsindən asılı olmayaraq, cinayəti törədən qadının cəzasız qalmayacağına inanır.

Qeyd edək ki, Tarix Əliyev videonu paylaşdıqdan sonra bəzi saytlar dəhşətli olayın Azərbaycanda baş verdiyini iddia etmişdi.

publika.az

Daha çox xəbərlər