ABŞ-ın atom sualtı qayığı Cəbəllütariq limanında göründü
ABŞ-ın “Los Anceles” tipli “Nyuport Nyus” atom sualtı qayığı Cəbəllütariq limanına daxil olub.
ARANTV.AZ virtualaz.org-a istinadən bildirir ki, yerli KİV sualtı qayığın avqust 30-da liman ərazisində göründüyünü yazıb.
Məlumata görə, ispaniya gömrük orqanlarına məxsus qayıq sualtı qayığa yaxınlaşmağa çalışsa da, Cəbəllütariq polisi onu dayandırıb. Cəbəllütariqdə bazası olan Böyük Britaniya Silahlı Qüvvələri “Twitter” hesabında ABŞ-ın sualtı qayığının limana yanaşmasının plana uyğun olduğunu təsdiqləyib.

