Obamanın anasını söyən prezident üzr istədi
Filippin Prezidenti Rodriqo Duterte ABŞ-ın eks-prezidenti Barak Obamadan ona qarşı işlətdiyi söyüşə görə üzr istəyib.
ARANTV.AZ xəbər verir ki, Duterte Obamanın da onu bağışladığını bildirib.
“Mən onun haqqında dediklərimə görə üzr istədim. Obama da məni bağışlayıb”, – Duterte söyləyib.
O, həmçinin Obamayla Donald Trampı müqayisə edib. Trampı özünün dostu adlandıran Duterte, Obamanın soyuq personaj olduğunu bildirib.
Qeyd edək ki, Duterte bir neçə il öncə Obamanın anası ilə bağlı təhqiramiz ifadələr səsləndirmişdi.axar.az

