Cəmiyyət 

“Məktəblinin dostu” layihəsi çərçivəsində “Yay məktəbi” başa çatıb

ARANTV.AZ xəbər verir ki, “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” başa çatıb. “Yay məktəbi”nə şagirdlər arasında keçirilən “Brendini tanı” müsabiqəsinin final mərhəlisi ilə yekun vurulub.

2016-ci ildən Təhsil Nazirliyi və Prezident yanında Vətəndaşalara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən  “Məktəblinin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz, sağlam mühitin yaradılması, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlərin aparılmasıdır. Layihə çərçivəsində yay istirahəti dövründə uşaqların səmərəli istirahəti təmin olunur, əyləncəli proqramılar təşkil etməklə, intellektual və sosial fəal gənclərin ideyalarına dəstək verilir. “Brendini tanı” adlı müsabiqənin final mərhələsində  paytaxtın 12 ümumtəhsil müəssisəsi arasından seçilən 5 məktəbin 7-8-ci sinif şagirdlərtinin ibarət komandalar iştirak etdilər. Komandalar təhsil, mədəniyyət, informasiya-kommunikasiya texnalogiyaları, iqtisadiyyat, biznes və ekologiya üzrə startap layihələrini, kreativ ideyalarını təqdim etdilər. Final mərhələsinin nəticələrinə əsasən  1, 2  və 3-cü yeri tutan komandalara hədiyələr verildi.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki ümumtəhsil müəssisələrində reallaşdırılan “Yay məktəbi”ndə iyulda 5-6, avqustda isə 7-ci sinif şagirdləri iştirak etdilər. Bu müddətdə 1000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya, idman yarışları və əyləncəli proqramlar təşkil olundu.

 

Daha çox xəbərlər