Kriminal 

Bərdədə ailəsini təhqir etdiyinə görə ata və oğulu çəkiclə döydü.

Gəncə Ağır Cinayətlər Məhkəməsində ata və oğula ağır bədən xəsarətləri yetirən Ağdam rayon sakininin məhkəməsi başlayıb.

ARANTV.AZ-ın məlumatına görə, cinayət məcəlləsinin 126.2.2 və 127.2.3-cü maddəsi ilə təqsirləndirilən İbrahimov Adil Əşrəf oğlunun məhkəmə prosesinin hazırlıq iclası sentyabr ayının 10-da hakim Elmin Rüstəmovun sədliyi ilə keçiriləcək.

Belə ki, 2018-ci il may ayının 9-da Bərdə rayonunda ata çəkiclə başından vurulub, oğlu isə bıçaqlanıb. Ramiz və Yusif Əliyevlər müxtəlif dərəcəli bədən xəsarəti ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da Yusif Əliyevə və atası Ramizə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Ağdam rayon sakini Adil İbrahimov saxlanılıb. Onun istifadə etdiyi bıçaq və çəkic isə maddi sübut kimi götürülüb. A.İbrahimov ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Hadisəyə ilkin səbəb kimi ata və oğulun Adilin ailəsini təhqir etməsi göstərilir.ölkə.az

Daha çox xəbərlər