Ali təhsil müəssisələrinə sonuncu qəbul imtahanları keçirilir
ARANTV.AZ xəbər verir ki, bu dəqiqələrdə ali təhsil müəssisələrinə sonuncu qəbul imtahanları keçirilir. 2 və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanları respublikanin 11 şəhərində aparılır. İmtahanların idarə olunmasına 217 rəhbər və 2 min 585 nəzarətçi-müəllim cəlb olunub. 31 min 904 abituriyentin iştirak hüququ var. Onlardan 14 min 993-ü 2-ci qrup, 16 min 911 nəfəri isə 3-cü qrup üzrə biliyini sınayır. Saat 11-də başlayan imtahan 3 saat davam edəcək. Nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra Dövlət İmtahan Mərkəzinin internet saytında yerləşdiriləcək.

