Gündəm 

Çinin Urumçi şəhərində “Azərbaycan şərab evi” fəaliyyətə başlayıb

ARANTV.AZ xəbər verir ki, Prezident İlham Əliyevin rəqabət qabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar üçün yeni bazarların tapılması ilə bağlı tapşırıqlarının icrası istiqamətində əhəmiyyətli işlər görülür. Bu istiqamətdə xarici ölkələrdə ticarət evlərinin fəaliyyəti Azərbaycan məhsullarının tanıdılması, satışı və sərgisinin təşkilində əhəmiyyətli rol oynayır. Çinin Uurmçi şəhərində fəaliyyətə başlayan Azərbaycan Şərab Evi də öz növündə xaricdə açılan ilk məkandır. Şərab evinin açılış mərasimində Çİn Xalq Respublikası Sincan Uyğur Muxtar rayonunun rəsmiləri, Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları, Azərbaycanın qabaqcıl şərab istehsalçıları və Çinin şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri iştirak edib. Məraismdə çıxış edən Muxtar Rayonun beynəlxalq əlaqələr üzrə rəhbərlər qrupunun rəis müavini Mao Xuey, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Çinin “YEMA İnternational” şirkətinin vitse-prezidenti Çen Qan, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov və başqaları Urumçidə fəaliyyətə başalayan Şərab evinin öz dadı və keyfiyyəti ilə seçilən Azərbaycan şərablarının Çin bazarına, xüsusən Sincan Uyğur Muxtar Rayonuna ixracında böyük rol oynayacağını deyiblər. Tədbir zamanı AZPROMO ilə “YEMA” şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandum imzalandı. Sonra Azərbaycan Şərab Evi açıq elan olundu. Qeyd edək ki, Urumçidəki Azərbaycan Şərab Evi Çinin Sincan Muxtar Rayonunun ən böyük şirkətlərindən olan “YEMA” korporasiyası ilə əməkdaşlıq çərçivsində açılıb.

Azərbaycanın Çindəki səfirliyindəki ticarət nümayəndəliyinin təklifi ilə şirkətin nümayəndə heyəti  Azərbaycana səfər edərək, şərabçılıq müəssisələrinə baş çəkib, məhsulların istehsal prosesi və keyfiyyəti ilə yerində tanış olub, müvafiq araşdırma aparıblar. Nəticədə Azərbaycan şərablarının Çində satışının təşkili üçün Şərab evinin açılması barədə razılıq əldə olunub. Şərab evində Azərbaycan şərablarının satışı, sərgisi və dequstasiyası həyata keçiriləcək. Böyük biznes imkanları olan “YEMA” şirkətlər qrupu öz imkanlarından istifadə etməklə Azərbaycan şərablarının satışını reallaşdıracaq.

Açılış mərasimində Azərbaycanın şərabçılığına dair təqdimatlar oldu, filmlər nümayiş etdirildi. Çinin şərab satışı ilə məşğul olan şirkətləri üçün Azərbaycan şərablarının dequstasiyası təşkil olundu.

“Made in Azerbaijan” brendi ilə istehal olunan məhsulların Çin bazarında tanıdılması və satışının genişləndirilməsi məqsədi ilə yaxın vaxtlarda yeni ticarət və şərab evlərinin açılması planlaşdırlıb.

Daha çox xəbərlər