Region Xəbərləri 

Mıxlıqovaq və Kötüklü kəndlərinə qaz xətləri çəkilir

ARANTV.AZ xəbər verir ki,Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində qəsəbə və kəndlərə qaz xətlərinin çəkilişi davam edir. Bu il ölkə üzrə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması nəzərdə tutulur.

Ötən müddət ərzində 40-a qədər kənd təbii qazla təmin olunub. İlin sonuna qədər qazlaşdırılacaq yaşayış məntəqələri arasında Qəbələ rayonunun Mıxlıqovaq və Kötüklü kəndləri də var.

“Azəriqaz” İstehsalat Birliyi Qəbələ rayonunun Mıxlıqovaq və Kötüklü kəndlərinin qazlaşdırılmasına başlayıb. Ümumulikdə 5 mini sakini olan iki kəndin qazlaşdırılması üçün 108 kilometr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı, 69 min 400 metr uzunluğunda paylayıcı, 3 min  metr mənzildaxili qaz boru xətlərinin çəkilməsi nəzərdə tutulub. Sayğac və fərdi tənzimləyici quraşdırılmaqla Mıxlıqovaq kəndində 859, Kötüklüdə isə 184 evə təbii qaz veriləcək. Bununla da təbii qazın olmaması üzündən sakinlərin xüsusən payız-qış aylarında üzləşdikləri çətinliklər aradan qalxacaq.

Qəbələ rayonunun Mıxlıqovaq və Kötüklü kəndləri dövlət başçısının aprelin 5-də imzaladığı sərəncamla bu ilin sonuna qədər qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri sırasındadır. İndiyə qədər həmin kəndlərin təxminən 40-na “mavi yanacaq” artıq verilib. Qalan kəndlərdə də  qaz xətlərinin çəkilişi davam edir. Həmin kəndlərin əhalisinin də təbii qazdan istifadə etməyə başlamaları ilə ölkə üzrə qazlaşma səviyyəsi 98 faizə çatacaq.

Daha çox xəbərlər