Azərbaycanda neçə çoxuşaqlı ana var? – AÇIQLANDI

Azərbaycanda neçə çoxuşaqlı ana var? – AÇIQLANDI

Azərbaycanda beşdən çox uşağı olan qadınların sayı açıqlanıb.

ARANTV.AZ  Modern.az-a istinadla xəbər verir ki, 2026-cı il iyul ayının 1-dək beşdən çox uşağı olan 2,9 min qadına 13,3 min uşaq üçün aylıq müavinət ödənilib.

Rəsmi məlumata görə, ümumilikdə belə ailələrdə böyüyən 13 325 uşağın hər birinə aylıq 140 manat müavinət ödənilir.

Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur.

Çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlər 2025-ci il iyulun 1-dən 33 faiz artırılaraq 105 manatdan 140 manata çatdırılıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir