Bakıda ov tüfəngindən atəş açıldı – Yaralanan var

Bakıda ov tüfəngindən atəş açıldı – Yaralanan var

Bakının Suraxanı rayonunda ov silahı ilə insident törədilib.

ARANTV.AZ  “Lent.az”a istinadən xəbər verir ki, hadisə avqustun 20-si saat 22 radələrində Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

44 yaşlı Ceyhun Aşrafov münaqişə zəminində ov tüfəngindən atəş açaraq 43 yaşlı Taleh adlı şəxsə xəsarət yetirib. O xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən C. Aşrafov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir