Hadisə 

Altıağac Milli parkı yanır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Siyəzəndə baş verən yanğın barədə məlumat yayıb.

ARANTV.AZ xəbər verir ki, bu gün saat 14:00 radələrində Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxnlığında biçənək  sahəsində başlayan yanğın sonradan güclü külək səbəbindən kəndin sərhədində yerləşən Altıağac Milli parkının ərazisinə keçib.

Yanğının söndürülməsinə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri  cəlb olunub.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

oxu.az

Daha çox xəbərlər

Leave a Comment