Çərşənbə axşamı, 30 İyn, 2026

Futbolda nadir hadisə: Qəpik əvəzinə kredit kardından istifadə olundu – FOTO

Çempionlar Kuboku turnirinin “Arsenal” (İngiltərə) – PSJ (Fransa) oyununda maraqlı hadisə yaşanıb.

ARANTV.AZ xəbər verir ki, Sinqapurda keçirilən matçın yerli hakimi komandaların kapitanlarına meydanın hansı sahəsinin onların olduğunu müəyyənləşdirmək üçün qəpik atışından istifadə etməyib.

Əvəzində isə turnirin təşkilatçısı olan bir nümayəndə turnirin sponsoru olan bankın kredit kartını qəpik əvəzinə atıb.

Bu addım sosial şəbəkələrdə baş hakimin qəpiyini unutmasına dair müzakirələrə yol açıb.

Qeyd edək ki, hazırda ikinci hissəsi keçən matçda “Arsenal” ikinci heyətlə meydana çıxmış PSJ-ni 1:0 hesabı ilə məğlub edir.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir