Bu məhsullar bahalaşdı

Bu məhsullar bahalaşdı

2026-cı ilin iyul ayında Azərbaycanda süd və süd məhsulları, yumurtanın qiyməti ötən ilin eyni ayı ilə müqayisədə 10,3 faiz artıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, illik müqayisədə ət və ət məhsulları 7,7 faiz, balıq və balıq məhsulları isə 7,5 faiz bahalaşıb.

İyun ayı ilə müqayisədə süd və süd məhsulları, yumurtanın qiyməti 0,8 faiz, ət və ət məhsullarının qiyməti 0,5 faiz artıb. Balıq və balıq məhsullarının qiyməti isə 0,1 faiz azalıb.

Müqayisə üçün bildirək ki, 2026-cı ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən süd və süd məhsulları, yumurta 10,3 faiz, balıq və balıq məhsulları 8,3 faiz, ət və ət məhsulları 8,2 faiz bahalaşıb./Modern.az

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir