Cəmiyyət 

“Mətanət adı kişiyə daha çox yaraşır” — Kamran Həsənli

Kamran Həsənli aparıcısı olduğu “Onda başladıq” verilişində adlardan danışıb.

ARANTV.AZ-ın məlumatına görə, adlarla bağlı fikrini bildirən Həsənli maraqlı açıqlamalar verib:

“Mətanət adını daha çox qadınlara verirlər. Ancaq bu ad kişilərə daha çox yaraşır. Sadəcə, “Bir qalanın sirri” filmindən sonra bu ad populyarlaşdı”.

K.Həsənli  mürəkkəb adlardan da danışıb:

“Mən mürəkkəb adların uşaqlara verilməsinin əleyhinəyəm. Ancaq məsələn, Əlirza kimi adın mürəkkəb ad hesab edilərək, qadağan edilməsini anlamıram”.

Qeyd edək ki, “Onda başladıq” verilişinin informasiya dəstəkçisi “Ölkə.Az” saytıdır.

Daha çox xəbərlər

Leave a Comment