Çində helikopter qəzaya uğradı: xəsarət alanlar var

Çinin paytaxtı Pekinin şimalında helikopter qəzaya uğrayıb.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Qeyd olunur ki, helikopter yerə çırpılmazdan əvvəl öz ətrafında bir neçə dövrə vurub. Yerə çırpıldıqdan sonra helikopter iki yerə parçalanıb.

Xəsarət alanların vəziyyəti yüngül qiymətləndirilir. Yerdə xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.