Azad Suriya Ordusunun keçmiş döyüşçüləri hökumət qoşunlarının tərəfinə keçərək, Dara bölgəsində döyüşlərə cəlb olunublar.
ARANTV.AZ xəbər verir ki, bu barədə “almasdarnews.com” portalı informasiya yayıb.
Məlumata görə, “Şəbab əs-Sünnə” briqadasından olan keçmiş ASO döyüşçüləri Yarmuk çayı hövzəsində İŞİD-ə qarşı vuruşmağa başlayıb.
Suriya hərbçiləri hökumət qoşunlarının tərəfinə keçənlərinin sayının 500 nəfər olduğunu açıqlayıb.axar.az
