Region Xəbərləri 

Səyyar “ASAN xidmət” regionlarda vətəndaşlara xidməti davam etdirir

ARANTV.AZ xəbər verir ki, Səyyar “ASAN xidmət” davam edir. Xidmət iyunun 27-dən iyulun 26-dək Kürdəmir və Lənkəranda, iyulun 2-dən 31-dək Şəki və Qusarda, iyulun 6-dan 30-dək Şamaxıda, iyulun 7-dən 31-dək Gədəbəy və Yevlaxda, iyulun 9-dan 28-dək Novxanıda, iyulun 11-dən 30-dək Yardımlıda, iyulun 21-dən 30-dək Lökbatanda vətəndaşlara xidmət göstərəcək. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Daha çox xəbərlər

Leave a Comment