Bu ilin 6 ayı ərzində Azərbaycana 189 ölkədən 1 milyon 300 min nəfər xarici turist gəlib
ARANTV.AZ xəbər verir ki, bu ilin 6 ayı ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 300 min nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artım deməkdir. Ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi üçün bir neçə istiqamət üzrə tədbirlər görülür.
“Bakının kommunikasiya və marketing planı hazırlanır və turizm brendi formalaşdırılır. Paytaxtın marketinq strategiyası üzrə də işlər görülür. Xüsusən paytaxtda biznes strukturları ilə əlaqələr daha da genişləndirilir. Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyir ki, hazırda turizm sektorunda bir neçə istiqamət üzrə bazarlar öyrənilir.
Eko və aqro turizmin inikişaf etdirilməsi də diqqət mərkəzindədir. Bundan başqa, bələdçilərin, otel işçilərinin, turizm menecerlərin sayının artırılması nəzərdə tutulub. Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 milyon 300 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 6 ay ərzində Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Ölkəmizə gələn əcnəbilərin üz tutduqları əsas məkanlardan biri də “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğudur. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, qoruğun yenidən qurulması ilə bağlı layihə üzərində iş gedir. “Yanar dağ”ın müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması nəzərdə tutulub.
Sərəncama əsasən, “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Dövlət Turizm Agentliyinə 1,2 milyon manat vəsait ayrılıb.

