Azərbaycan tankçılarının rəqibləri məlum oldu
Rusiyanın Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2018” yarışlarının “Tank biatlonu” müsabiqəsində iştirak edəcək komandaların püşkatma mərasimi keçirilib.
ARANTV.AZ xəbər verir ki, püşkatmada komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin üzvləri iştirak ediblər.
Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan tankçıları iyulun 28-də yarışların ilk günündə çıxış edəcəklər. Komandamız Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə yarışacaq.
Müsabiqədə bu il 23 ölkədən tank heyətləri iştirak edir.
oxu.az

