Bakı-Sumqayıt qatarında hərəkət cədvəli dəyişdi
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli müvəqqəti olaraq dəyişdirilir.
ARANTV.AZ xəbər verir ki, dəmir yolunun Biləcəri-Xırdalan mənzilində aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq, 02.08.2018-ci il tarixdən 07.08.2018-ci (daxil olmaqla) il tarixədək “Texniki fasilə” verilir.
Bununla əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli avqustun 2-dən 7-dək dəyişdirilir.
Qeyd edək ki, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6020 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar. Hər şənbə, bazar və bayram günləri 6011 nömrəli elektrik qatarı tək heyətlə hərəkət edəcək.


