“Əhmədli” stansiyasında sərnişin qatar yoluna DÜŞDÜ

“Əhmədli” stansiyasında sərnişin qatar yoluna DÜŞDÜ

Bu gün saat 18:40 radələrində “Əhmədli” stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, həmin şəxs dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, əraziyə təcili tibbi yardım briqadası çağırılıb.

Şəxsin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir