Məğlubiyyətsiz mərhələ
Azərbaycan çempionu “Qarabağ” sabah avrokuboklarda növbəti oyununu keçirəcək.
ARANTV.AZ apasport.az-a saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Albaniya “Kukesi”si ilə qarşılaşacaq.
Bu raund Qurban Qurbanovun yetirmələri üçün uğurlu hesaba edilir. 5-ci dəfə Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” II təsnifat mərhələsində məğlubiyyət nə olduğunu bilmir.
Bu raundda 4 dəfə qüvvəsini sınayan təmsilçimiz 8 qarşılaşmadan 6-da qələbə qazanıb və 2 dəfə heç-heçə edib. Rəqib qapılarından 15 top keçirən çempionumuz cəmi 1 qol buraxıb.
“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində
2014/15 mövsümü
“Valletta” (Malta) – “Qarabağ” – 0:1, 0:4
2015/16 mövsümü
“Rudar” (Monteneqro) – “Qarabağ” – 0:0, 0:1
2016/17 mövsümü
“Qarabağ” – “Düdelanj” (Lüksemburq) – 2:0, 1:1
2017/18 mövsümü
“Qarabağ” – “Samtredia” (Gürcüstan) – 5:0, 1:0

