Kanaldan su götürmək istədi -Boğulub öldü

Kanaldan su götürmək istədi -Boğulub öldü

Tərtərdə kişi su götürmək istəyəndə kanala yıxılaraq boğulub.

ARANTV.AZ  xəbər verir ki, hadisə rayonun Cəmilli kəndində baş verib.

Kənd sakini Ağa Məmmədov Suqovuşandan gələn kanaldan su götürmək istəyərkən ehtiyatsızlıqdan kanala yıxılıb. Bir neçə saatdan sonra onun meyiti düşdüyü yerdən aralıda sakinlər tərəfindən aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir