FEMEN-in təsisçisi intihar etdi
FEMEN təşkilatının təsisçisi Oksana Şaçko faciəvi şəkildə ölüb.
ARANTV.AZ xəbər verir ki, təşkilatın üzvlərindən olan Anna Qutsol Saçkonun Parisdə intihar etdiyini bildirib.
Şaçkonun cəsədi yaşadığı mənzildə tapılıb.
Onun yoldaşlarından biri deyib ki, Ukrayna əsilli olan qız ölümündən əvvəl məktub yazıb. O, məktubunda son vaxtlar sıx əlaqələr saxladığı “Paris bohemayası”na müraciət edib.
“Hamısı yalandır”, – məktubda bildirilib.
UNİAN-ın məlumatına görə, Şaçko bundan əvvəl də intihara cəhd edib.
oxu.az

