Zəngəzur dəhlizi ilə bağlı mühüm proses BAŞLADI – FOTO

Zəngəzur dəhlizi ilə bağlı mühüm proses BAŞLADI – FOTO

Ermənistan və ABŞ nümayəndələri “Tramp Marşrutu” TRIPP layihəsi çərçivəsində işlərin aparılması məqsədilə Sünik (Zəngəzur) vilayətinə səfər ediblər.

ARANTV.AZ  xəbər verir ki, ABŞ tərəfdən səfərdə ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen və Dövlət Departamentinin müşaviri Con Askonas iştirak edir.

Ermənistanı isə Xarici İşlər Nazirliyinin əməkdaşları təmsil edir.

Proqrama yerli icma rəhbərləri və sakinlərlə görüşlər, eləcə də TRIPP marşrutunun Meğri ərazisində nəzərdə tutulan perspektivli sahələrinə baxış daxildir.

Qeyd edək ki, TRIPP layihəsi Ermənistanın Sünik vilayəti ərazisindən keçəcək strateji tranzit marşrutunun yaradılmasını nəzərdə tutur. Layihə üzrə ABŞ və Ermənistan arasında çərçivə razılaşmaları imzalanıb.

Musavat.com

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir