Qonşu ölkədə kommunal xidmətlər üzrə vətəndaşlardan artıq alınmış yüz minlərlə lari geri qaytarılıb.
ARANTV.AZ xəbər verir ki, Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının məlumatına görə, ilin əvvəlindən daxil olan yazılı müraciətlərin araşdırılması nəticəsində istehlakçılara ümumilikdə 457 min lari (təxminən 175 min dollar) kompensasiya edilib.
Araşdırmalar zamanı elektrik enerjisi, təbii qaz və su təchizatı şirkətləri tərəfindən bəzi istehlakçılara düzgün olmayan və artıq məbləğlərin əks olunduğu hesabların təqdim edildiyi müəyyənləşdirilib.
Nəticədə artıq hesablanmış və ödənilmiş vəsaitlər istehlakçılara geri qaytarılıb.

