Rusiyalılara viza verilməsi kəskin azaldılır: Aİ yeni qadağalara hazırlaşır

Rusiyalılara viza verilməsi kəskin azaldılır: Aİ yeni qadağalara hazırlaşır

Avropa Komissiyası üçüncü ölkə vətəndaşları, xüsusilə də Rusiya vətəndaşları üçün viza məhdudiyyətlərini əhəmiyyətli dərəcədə sərtləşdirəcək yeni təklif üzərində işləyir.

ARANTV.AZ  “The Guardian”a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Markus Lammert keçirdiyi brifinqdə bildirib.

Viza rejimlərinin sərtləşdirilməsi müzakirələrinə Leypsiq hava limanında göyərtəsində partlayıcı maddə olan pilotsuz uçuş aparatının (PUA) aşkar edilməsi təkan verib. Almaniya mediasının yazdığına görə, hadisədə Rusiya mənşəli Latviya vətəndaşı və Rusiya pasportuna sahib Belarus sakini şübhəli bilinir. Məlum olub ki, Belarus sakini Almaniya ərazisinə İtaliyanın verdiyi turist vizası ilə daxil olub.

M. Lammert vurğulayıb ki, Avropa İttifaqı (Aİ) üzv dövlətləri “üçüncü ölkələrin düşmənçilik xarakterli əməllərindən” qorumaq məqsədilə qabaqlayıcı addımlar atacaq:

“Biz vizaların alınması şərtlərini necə məhdudlaşdıra biləcəyimizi nəzərdən keçiririk. Bu dəyişikliklər Aİ Viza Məcəlləsinə ediləcək növbəti düzəlişlər çərçivəsində reallaşacaq”.

Statistikaya nəzər salsaq, 2022-ci ilə qədər Rusiya vətəndaşlarına il ərzində təxminən 4 milyon viza verilirdisə, Aİ-nin tətbiq etdiyi məhdudiyyətlər nəticəsində bu göstərici 2025-ci ildə 618 minə qədər azalıb.

“Politico” nəşrinin məlumatına görə, yay mövsümü ərəfəsində Aİ-nin 11 üzvü — Baltikyanı ölkələr, Çexiya, Danimarka, Finlandiya, Niderland, Polşa, İsveç, İslandiya və Norveç Rusiya turistlərinin qitəyə girişinin tam məhdudlaşdırılması xahişi ilə müraciət edib. Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya vətəndaşlarına viza verilməsi qaydalarını maksimum sərtləşdirməyi planlaşdırır.

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir