Qayıqla Xəzərə çıxan iki nəfər itkin düşüb

Dünən axşam saatlarında Dənizkənarı Milli Park yaxınlığında içərisində iki nəfərin olduğu qayıq küləyin təsirindən qeyri-müəyyən istiqamətdə dənizə səmt alıb.

ARANTV.AZ xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq axtarışlar davam etdirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Dövlət Sərhəd Xidmətinin iki ədəd helikopteri və iki ədəd gəmisi axtarışlarda iştirak edir.

Əlavə məlumat veriləcək​.

oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir