Şou biznes 

Həsənağa Sadıqovla bağlı son xəbər – Yenilənib

Bir neçə musiqi alətinin mahir ifaçısı kimi tanınan əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov dünyasını dəyişib.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə aparıcı Hacı Nuran İnstaqram hesabında yazıb:

“Çox heyf. Bu dəqiqə Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqov dünyasını dəyişdi. Böyük sənətkarımızı itirdik. Allah rəhmət eləsin”.

Qeyd edək ki, 67 yaşlı Həsənağa Sadıqov onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Hacı Nuran daha sonra bildirib ki, aldığı son məlumata görə, Həsənağa Sadıqovun nəfəsi qayıdıb: “Oğlu Elşəndən aldığım son məlumata görə, nəfəsi gedib-gəlir, can üstündədir”.

axşam.az

Daha çox xəbərlər

Leave a Comment