Cəmiyyət 

Azərbaycanlı fəal 29 gün sonra azadlığa buraxıldı

Azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad mülki girov qarşılığında 29 gün sonra Evin zindanından buraxılıb.

ARANTV.AZ xəbər verir ki, ilk günlərdə “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək”də günahlandırılan fəalın ittihamı “sistemin əleyhinə təbliğat aparmaq”la dəyişdirilib.

Azərbaycanlı fəal Babək qalası yürüşü ilə əlaqədar iyulun 2-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəal qanunsuz olaraq saxlandığı müddətdə təhlükəsizlik qüvvələri tərəfindən işgəncəyə məruz qalıb.

Qeyd edək ki, Cəfər Rüstəmirad mədəni fəaliyyətlərinə görə ötən illərdə Təbriz, Əhər, Meşginşəhr (Xiyav), Ərdəbil və Astara şəhərlərinin təhlükəsizlik qüvvələri tərəfindən dəfələrlə saxlanılıb və həbs edilib. Bundan əvvəl Evin Prokurorluğunun 7-ci şöbəsi azərbaycanlı fəalın müvəqqəti sərbəst buraxılması üçün iki maaş qəbzi və 400 milyon riallıq mülki girov qərarı çıxarıb.axar.az

Daha çox xəbərlər

Leave a Comment