Dünya 

Azərbaycanlıları qanunsuz uçota salan rusiyalı həbs edildi

Rusiyanın Enqels şəhərində əvvəllər məhkum olunmuş yerli sakin mühakimə edilib.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, onu əcnəbiləri qanunsuz uçota salmaqda təqsirli biliblər.

“2017-ci ilin oktyabrından 2018-ci ilin yanvarınadək həmin şəxs Enqels Miqrasiya Xidmətində 10 nəfər Azərbaaycan və Özbəkistan vətəndaşını qanunsuz formada uçota alıb”, – prokurorluğun məlumatında bildirilib.

Həmin şəxslər bu mənzildə yaşamayıb və təqsirləndirilən şəxs də onları evinə dəvət etməyib.

Məhkəmə şəhər sakinini cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 il 1 ay müddətinə azadlıqdan məhrum edib.

Daha çox xəbərlər

Leave a Comment